31 avqust 2026 01:28
91

"Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var

ABŞ ordusu İranın Lark adasına hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Fars Körfəzi Adaları ofisindən agentliyə verilən məlumata görə, bir saat əvvəl Hörmüzqan vilayətindəki Lark adasına ABŞ-nin dron hücumu həyata keçirilib.

İki nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilib.