İraq hökuməti bütün xarici qoşunların ərəb respublikası ərazisindən çıxarılması üçün hakimiyyət tərəfindən təsdiqlənmiş müddət olan sentyabrın 30-dan sonra ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya bölmələrinin bir hissəsinin ölkə ərazisində saxlanılması təklifini qəbul etməyib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə İraq Nazirlər Kabinetinin mətbuat katibi Heydər əl-Abudi məlumat verib.
"Respublikanın baş naziri Əli əz-Zeydi beynəlxalq koalisiya qüvvələrinin bir hissəsinin sentyabrın 30-dan sonra ölkədə saxlanılması təklifini rədd edib", — deyə o bildirib.
Mətbuat katibi bu təşəbbüsün hansı dövlət və ya ölkələr qrupundan gəldiyini dəqiqləşdirməyib.
İyulun əvvəlində əz-Zeydi beynəlxalq koalisiya kontingentinin 2026-cı il sentyabrın 30-da İraq ərazisindəki vəzifələrini yekunlaşdıracağını elan etmişdi.
MKİ ilə bağlı şirkət Almaniya dron istehsalçısına ABŞ bazarına çıxmağa kömək edib
Japarov ABŞ-a viza tələblərinin sadələşdirilməsini nəzərdən keçirməyi təklif edib