02 sentyabr 2026 23:14
78

Tramp ABŞ ordusunun yenidən İrana zərbələr endirməyə hazır olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin uyğun vaxtda İrana yenidən zərbə endirməyə hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, Donald Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib. “Dünən gecə onlara çox güclü zərbə endirdik və istədiyimiz vaxt bunu yenidən etməyə hazırıq”, - deyə ABŞ Prezidenti bildirib. Bununla yanaşı, Donald Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyatının çox uzun sürməyəcəyini düşündüyünü qeyd edib.