NATO "Nuclear Sharing" (Nüvə mübadiləsi) proqramı çərçivəsində nüvə döyüş başlıqlarının artıq yerləşdirildiyi ölkələrin hüdudlarından kənarda yerləşdirilməsini müzakirə etmir.
“İki sahil” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi rəhbərinin müavini Pavel Zalevski "RMF FM" radiosunun efirində bəyan edib.
"Bu gün NATO-nun gündəliyində nüvə döyüş başlıqlarının artıq yerləşdirildiyi yerlərdən kənarda yerləşdirilməsi mövzusu yoxdur", — deyə Zalevski bildirib.
Bununla yanaşı, Polşa müdafiə idarəsinin nümayəndəsi dəqiqləşdirib ki, Varşava NATO-nun nüvə çəpərləmə konsepsiyasında iştirak etmək istəyir və bu məsələ gündəlikdədir: "Biz ilk dəfə nail ola bildik ki, NATO ölkələri Polşanı nüvə silahının köçürülməsi proqramına daxil etmək istəyirlər. Bu, çox ciddi proqramdır".
Avqustun 27-də Zalevski NATO-nun Brüsseldəki qərargahında keçirilən mətbuat konfransında bəyan etmişdi ki, Polşa öz ərazisində nüvə silahı yerləşdirmək istəmir və bunu planlaşdırmır. O izah edib ki, Varşava NATO-nun nüvə çəpərləmə strategiyasında iştirak etmək istəyir, lakin ölkə ərazisində nüvə silahı yerləşdirilmədən.
Rusiya qazının Monqolustan ərazisindən Çinə ixracı yeni strateji imkanlar açır
Çin İkinci Dünya Müharibəsinin yekunlarına yenidən baxılması cəhdlərinə qarşı çıxacaq
Nazirlər Mertsə Rusiyaya qarşı tələsik ittihamlar irəli sürməməyi məsləhət görüblər