03 sentyabr 2026 13:00
58

Meloni hökuməti hakimiyyətdə qalma müddətinə görə rekord vurub

Cerciya Meloni tərəfindən idarə olunan hökumət İkinci Dünya Müharibəsindən bəri İtaliya tarixində hakimiyyətdə qalma müddətinə görə rekord vurub.

“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Sentyabrın 3-nə olan məlumata görə, hökumət 2022-ci ilin oktyabrından bəri kəsintisiz olaraq 1413 gündür ki, fəaliyyət göstərir. Buna qədər rekord 2001–2005-ci illərdə Silvio Berluskoninin hökumətinə məxsus idi. Xanım Meloni və onun sağ yönümlü "İtaliya Qardaşları" partiyası bu rekordu sentyabrın 4-də İtaliyanın cənubundakı Bari şəhərində mitinqlə qeyd etməyə hazırlaşır.

İtaliyada növbəti parlament seçkiləri ən geci 2027-ci ilin dekabrında keçiriləcək. "Associated Press" agentliyinin yazdığına görə, praqmatik siyasətçi olan Meloni keçmiş hökumətləri çökdürən böhranlardan yayınmağı bacarıb.