05 sentyabr 2026 10:34
83

Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Biləsuvarda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

“İki sahil” xəbər verir ki, 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törətməkdə şübhəli bilinən sürücü H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.