06 sentyabr 2026 17:26
520

Fransa, Böyük Britaniya və Almaniyanın nümayəndələri də Kiyevə gəliblər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner ilə paralel olaraq, danışıqlarda iştirak etmək üçün Kiyevə “Avropa üçlüyü” adlandırılan qrupun – Fransa, Böyük Britaniya və Almaniyanın nümayəndələri də gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov X-da paylaşımında bildirib. “Stiv Uitkoff və Cared Kuşnerin rəhbərlik etdiyi Amerika nümayəndə heyətini Kiyevdə qarşılamaqdan məmnunam. Qarşıda bizi sıx proqram və mühüm danışıqlar gözləyir. Kiyev həmçinin Avropadakı tərəfdaşlarımız – Fransa, Böyük Britaniya və Almaniyanın nümayəndələrinə ev sahibliyi edir. Birlikdə Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq istiqamətində çalışırıq”, – deyə Kirill Budanov qeyd edib.