İsrail ordusunun Livanın cənubuna intensiv hava hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. "2 martda hərbi əməliyyatlar başlayandan bəri ölən livanlıların ümumi sayı 4362-yə, yaralıların sayı isə 12378-ə çatıb", - məlumatda deyilir. Səhiyyə Nazirliyi qeyd edib ki, 19 iyunda tərəflər arasında elan edilən atəşkəsə baxmayaraq, İsrail Hərbi Hava Qüvvələri Livanın şəhərlərinə zərbələr endirir.