Koreya Respublikası, ABŞ və Yaponiya Çejudo adasının cənubunda və şərqində beynəlxalq sularda üçtərəfli "Freedom Edge" dəniz təliminə başlayıblar.
“İki sahil” xəbər verir ki, "Yonhap" agentliyi bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Təlimlər aviasiya da daxil olmaqla bir çox sahəni əhatə edir. "Ölkələr bu manevrlərdən dəniz, hava və kiber sahələr də daxil olmaqla müxtəlif sahələrdə əməliyyat imkanlarını və birgə cavab vermə imkanlarını artırmaq üçün istifadə edəcəklər", - komitə bildirib.
"Freedom Edge" beş gün davam edəcək.
Seul təlimlərin müdafiə xarakterli olduğunu və beynəlxalq hüquqa uyğun olaraq keçirildiyini israr edir. Cənubi Koreya tərəfində iştirak edən konkret gəmilər dəqiqləşdirilməyib. Seul əmin edir ki, iştirak edən qüvvələrin miqyası ötən illə müqayisə edilə biləcək.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb