07 sentyabr 2026 11:21
96

M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb

Metronun "İnşaatçılar”, “Nizami” və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda da yenilik tətbiq edilib. 

Sərnişinlərin minməsi prosesini sürətləndirmək vəgözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.

Xatırladaq ki, daha əvvəl M1 nömrəli ekspres marşrutda təcrübə uğurla sınaqdan keçirilmişdir.