Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdəki münaqişə başa çatdıqdan sonra gec-tez İranla münasibətləri bərpa etməli olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Ənvər Qarqaş Abu-Dabi şəhərində keçirilən "Hili Forum" beynəlxalq tədbirindəki çıxışı zamanı bildirib.
Diplomat Fars körfəzi ölkələri üçün İranla münasibətlərin strateji əhəmiyyətini vurğulayıb: "İranla əlaqələr təkcə BƏƏ üçün deyil, bütün Körfəz ölkələri üçün mərkəzi məsələ olaraq qalır. İran bizim qonşumuzdur və müəyyən məqamda bərpa edilməsi mümkün olanı bərpa etmək üçün yol tapmalı olacağıq. Coğrafiya bizə başqa bir alternativ qoymur".
Qeyd edək ki, "Hili Forum" regionun geopolitikası, iqtisadiyyatı və təhlükəsizliyi məsələlərinə həsr olunub.