07 sentyabr 2026 13:39
88

Saksoniya-Anhaltda keçirilən seçkiləri Almaniya hökuməti üçün dərs oldu - Markus Söder

Xristian-Sosial İttifaqının (CSU) lideri, Bavariyanın baş naziri Markus Söder "Almaniya üçün Alternativ" (AfD) partiyasının Saksoniya-Anhalt parlamentinə keçirilən seçkilərdəki qələbəsini "tarixi dönüş nöqtəsi" və "Almaniya hökuməti üçün dərs" kimi qiymətləndirib.

“İki sahil” xəbər verir ki,  "Bayern 2" radiosuna müsahibəsində Markus Söder nəticələri əsl dönüş nöqtəsi adlandıraraq bildirib ki, baş verənləri görməzdən gəlmək və seçki nəticələrini başqa cür yozmaq mümkün deyil.

Söder müttəfiq Xristian-Demokrat İttifaqını (CDU) yalnız minimum çoxtərəfli koalisiyaya arxalanaraq nəyin bahasına olursa-olsun hökumət qurmaq cəhdlərindən çəkinməyə çağırıb: "Hökuməti formalaşdırmaq mandatı birmənalı olaraq AfD-yə məxsusdur. Demokratiya budur və ilk növbədə bunu qəbul etmək lazımdır".

Bavariya baş nazirinin sözlərinə görə, bu səsvermə Saksoniya-Anhalt regional məsələlərindən daha çox Berlinin yürütdüyü siyasətə qarşı etiraz xarakteri daşıyır. O vurğulayıb ki, federal hökumət islahatları sürətləndirməli, iqtisadiyyatın və sənayenin dirçəldilməsini sosial ədalət prinsipləri əsasında təmin etməlidir.