Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən təklif edilən Müdafiə üzrə Yüksək Səviyyəli Qrupun (High-Level Group on Defence) yaradılması layihəsi təxirə salınıb.
“İki sahil” xəbər verir ki, "Euractiv" portalının mənbələrə istinadla verdiyi məlumata görə, bu təşəbbüsün ləğv olunmasının arxasında Almaniya, Fransa və İtaliya dayanır.
Qrupun təqdimatı Brüsseldəki Solve kitabxanasında Aİ təsisatları, analitik mərkəzlər və NATO-dan 150-yə yaxın nümayəndənin iştirakı ilə keçirilməli idi. Lakin əsas Aİ ölkələrinin müqaviməti səbəbindən son anda ləğv edilib.
"Euractiv" qeyd edir ki, layihənin ləğvi Kallasın Berlin və Parisin onun rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətini (EEAS) Avropa Komissiyasının tərkibinə daxil etmək cəhdlərinə qarşı çıxması fonunda baş verib.
Kallasın ofisi qrup üzvlərinin adlarını gizli saxlasa da, diplomatik mənbələr quruma NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik edəcəyini bildirirdilər. Qrupa Estoniyanın keçmiş müdafiə naziri Yuri Luik və Fransanın keçmiş müdafiə naziri Florans Parli kimi şəxslərin, həmçinin Böyük Britaniya və Ukrayna nümayəndələrinin daxil edilməsi nəzərdə tutulurdu.
Saksoniya-Anhaltda keçirilən seçkiləri Almaniya hökuməti üçün dərs oldu - Markus Söder
Yaxın Şərqdəki böhran BMT-nin təsir gücünü itirdiyini göstərdi - BƏƏ Prezidentinin müşaviri
İran Cənubi Koreyaya XƏBƏRDARLIQ EDİB: Hörmüz boğazına hərbi qüvvə göndərsə...