07 sentyabr 2026 15:53
108

Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib

 

Sərbəst güləşin əfsanələri Aslan və Maxarbek Xadartsev qardaşlarının xatirəsinə həsr olunan yarışda 10-a yaxın ölkədən 100-dən çox idmançı mübarizə aparıb.

Milli komandanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi turnirə iştirak edən yığmamızın 8 üzvü fəxri kürsüyə qalxıb.

Zirəddin Bayramov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Osman Nurmaqomedovla (92 kq) Xetaq Karsanov (125 kq) ikinci, Cəbrayıl Hacıyev (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Muxamad Qantemirov (125 kq) isə üçüncü yeri tutub.

Beləliklə, millimiz memorialı 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.