08 sentyabr 2026 01:31
103

Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb

Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə “Yle” məlumat yayıb. Bildirilib ki, hasarın tikintisi nəzərdə tutulan qrafikdən əvvəl tamamlanıb və üç ildən bir qədər çox vaxt aparıb. Layihənin ümumi dəyəri təxminən 380 milyon avro qiymətləndirilir.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen ölkənin cənub-şərqində yerləşən Nuijamaa sərhəd-keçid məntəqəsi yaxınlığında keçirilən mətbuat konfransında hasarlanmış ərazilərin gələcəkdə daha da genişləndirilməsinə ehtiyac yarana biləcəyini bildirib. Rantanen qeyd edib ki, sərhəd hasarının tikintisi zəruridir. Onun sözlərinə görə, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasından, eləcə də Rusiyanın müxtəlif hibrid fəaliyyətlərindən sonra Avropada təhlükəsizlik vəziyyəti dəyişib.

Qeyd edək ki, Finlandiya 2023-cü ilin sonunda Rusiya ilə sərhədini bağlayıb. Finlandiya hökuməti sərhəd təhlükəsizliyi ilə bağlı qanunun qüvvədə olma müddətinin daha iki il uzadılmasını və Rusiya ilə sərhədin 2028-ci ilin sonunadək bağlı saxlanılmasını təklif edib.