08 sentyabr 2026 08:21
91

Qazaxıstanda neft emalı zavodunda baş verən yanğın söndürülüb

Qazaxıstanın cənubunda yerləşən Qızılorda vilayətinin inzibati mərkəzindəki neft emalı zavodunda (NEZ) baş verən yanğın söndürülüb.

“İki sahil” xəbər verir ki,  bu barəd vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb. Məlumata görə, hər birinin tutumu 60 ton olan iki çən yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatdıqda çənlər açıq alovla yanıb və yaxınlıqda yerləşən daha üç çənə də yanğının keçməsi riski olub.

"Yanğınsöndürənlərin operativ və koordinasiyalı fəaliyyəti nəticəsində alovun yaxınlıqdakı üç çənə keçməsinin qarşısı alınıb", - məlumatda qeyd olunub. Yanğın 200 kvadratmetr ərazidə tam söndürülüb. Hadisənin səbəbləri araşdırılır.