08 sentyabr 2026 08:59
85

Tramp müharibənin başa çatmasından sonra neft qiymətlərinin aşağı düşəcəyini vurğulayıb

ABŞ Prezidenti Donald Tramp İranla başlatdıqları müharibənin başa çatmasından sonra neft qiymətlərinin aşağı düşəcəyini vurğulayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Tramp "Truth" sosial media hesabında yazıb. "İran müharibəsini qazandığımız zaman neftin qiymətləri də digər qiymətlər kimi, hətta daha kəskin şəkildə aşağı düşəcək", – Tramp bildirib.

O, neftin qiymətinin ilkin mərhələdə bir qallon üçün 3 dollara, daha sonra isə tədricən 2 dollardan aşağı düşəcəyini qeyd edib: "Bütün bunlar sürətlə baş verəcək və İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək"