Kənd təsərrüfatı ekstremal istilərə, quraqlığa, daşqınlara, dəyişən yağış nümunələrinə və artan su qıtlığına daha çox məruz qalır və bunun təsirləri artıq ölçüləbilən səviyyədədir.
“İki sahil” xəbər verir ki, bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində "Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.
Onun sözlərinə görə, bu dəyişiklikləri ölkəmizdə də müşahidə etmək olar. "Kənd təsərrüfatı iqtisadiyyatımızın mühüm tərkib hissəsi və bölgələrimizdə yaşayan əhalinin dolanışıq mənbəyidir. Lakin fermerlərimizin fəaliyyət göstərdiyi şərait dəyişir. Daha uzun sürən quraq dövrlər, tez-tez təkrarlanan isti dalğaları və daha intensiv yağışlar müşahidə olunur",- deyə Muxtar Babayev əlavə edib.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, 2025-ci ildə rekord həddə çatan ən uzun isti dalğası Şəkidə 14, Bakıda isə 7 gün davam edib. Bu dəyişən tendensiya qəfil daşqınlarda da özünü göstərir. "2015-ci ildə 15 belə hal qeydə alınıbsa, 2020-ci ildə bu rəqəm 36, 2025-ci ildə isə 33 olub. Bu rəqəmlər göstərir ki, biz artıq iqlim dəyişikliyini sadəcə müşahidə etmirik, onu birbaşa yaşayırıq. Kənd təsərrüfatı üçün bəlkə də ən böyük çətinlik proqnozlaşdırıla bilməməzlikdir. Bu, məhsulun nə vaxt əkiləcəyinə, nə qədər suyun əlçatan olacağına, hansı bitkilərin yetişdirilə biləcəyinə və fermerlərin əminliklə sərmayə qoyub-qoya bilməyəcəyinə birbaşa təsir edir",- deyə o əlavə edib.
Vətən müharibəsindən sonra 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib