09 sentyabr 2026 14:26
91

Rusiya Arktikada hərbi-texniki vasitələrdən istifadə edə bilər

Rusiya zərurət yaranacağı təqdirdə Arktikadakı təhdidlərin qarşısını almaq üçün hərbi-texniki vasitələri işə salmağa hazırdır.

“İki sahil” "RİA Novosti"yə istinadla xəbər verir ki, bu bəyanatla Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

"Zərurət yaranarsa, Rusiya Federasiya yaranan təhdidlərin qarşısını almaq və onları aradan qaldırmaq üçün bütün hərbi-texniki vasitələr spektrini tətbiq etməyə hazırdır", – deyə o, brifinqdə bildirib.

Bununla belə, Zaxarova vurğulayıb ki, Rusiya sülhün və sabitliyin qorunub saxlanılmasına, eləcə də Arktikanın ardıcıl inkişafına çalışan dövlətlərlə dialoq və təhlükəsizlik məsələlərinin əsaslı müzakirəsi üçün açıq qalır.

Daha əvvəl Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko bəyan etmişdi ki, Rusiya NATO-nun Arktikada hərbi aviasiyanın uçuşları daxil olmaqla anti-Rusiya təxribatlarını müşahidə edir.