09 sentyabr 2026 22:16
92

“AzərEnerji” və “China Energy” rəhbərliyinin görüşü olub

 

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri BabaRzayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Çininaparıcı enerji şirkətlərindən olan “China Energy” International Group-un icraçı prezidenti Lin Xiaodanınrəhbərlik etdiyi nümayəndə heyəti arasında görüşkeçirilib.

Görüş zamanı Azərbaycan ilə Çin arasında enerjisahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafperspektivləri, xüsusilə bərpa olunan enerji layihələriüzrə tərəfdaşlıq imkanları müzakirə olunub. HəmçininÇin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti vəqarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətindəgörülə biləcək işlər nəzərdən keçirilib.

Müzakirələr zamanı hazırda icra olunan “yaşıl enerji”layihələri ətrafında fikir mübadiləsi aparılıb.