Bu gün burada olmağımıza, doğma torpağımıza qayıtmağımıza çox sevinirik. Neçə illərdir bu günü gözləyirdik. Çox ağır, çətin günlərimiz olub.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən keçmiş məcburi köçkün Təranə Quliyeva söyləyib. Cəbrayıldan çıxanda 29 yaşı olduğu deyən Təranə Quliyeva indi 64 yaşında olduğunu bildirib: "Bu illər ərzində hər zaman doğma torpağımıza qayıdacağımız günü gözləmişik. Bu günə şükür. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu Qələbəni bizə yaşadan hər kəsə təşəkkürümüzü bildiririk. Prezidentimizə də Allah cansağlığı versin".
"Bu gün yoldaşımla, oğlumla birlikdə qayıdırıq. Nəvələrim də inşallah gəlib bu torpaqları görəcəklər",- deyə o əlavə edib.