Fransa hazırda Avropa İttifaqına qarşı hər zamankindən daha çox "düşmənçilik mövqeyi" sərgiləyir və Parisni Brüsseldən uzaqlaşdıran əsas səbəblər məhz "Brüssel və miqrantlar" məsələsidir.
“İki sahil” xəbər verir ki, bu barədə Avropanın nüfuzlu "Politico" nəşri mənbələrə istinadla məlumat yayıb.
"Vəziyyət tənqididir. Mən heç vaxt Fransanın Aİ-yə qarşı indikindən daha düşmən münasibətdə olduğunu görməmişdim. Brüssel və miqrantlar – bax, bu iki əsas qorxulu yuxudur", – deyə adının açıqlanmasını istəməyən Aİ rəsmisi bildirib.
Bu müzakirələr Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin Fransaya səfəri fonunda yaranıb. Onun kosmosun tədqiqi problemlərinə həsr olunmuş konfransda iştirak edəcəyi gözlənilir. "Politico"nun yazdığı kimi, onun əsas mesajı ondan ibarət olacaq ki, Avropa qlobal layihələri yalnız Aİ-nin köməyi ilə həyata keçirə bilər. Bundan əlavə, o, seçkilər ərəfəsində sağ qüvvələrə meyilli olan sahibkarlara "müsbət siqnal" göndərməyi planlaşdırır.
Fransa XİN ABŞ Prezidentinin sosial media paylaşımlarına reaksiya verməyi vacib hesab etmir