Barəsində cinayət işi açılan Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovla bağlı yeni fakt məlum olub.
“İki sahil” Lent.az-a istinadla xəbər verir ki, o, Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.
Xatırladaq ki, Azər Qasımov 2025-ci ildə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. Məlum olub ki, zərərçəkənlərə 200 min manat məbləğində ziyan dəyib.
Məlumat üçün bildirək ki, o, 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü ildə isə bu vəzifədən geri çağırılıb.
Sabah Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq