10 sentyabr 2026 16:18
81

Kommersiya qurumlarının sayı 6,6 faiz artıb

 

2026-cı il sentyabr ayının 1-nə respublika üzrə uçotda olan1 722 227 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilinmüvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumisayı 4,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı 5,8 faiz artıb.

Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiyaqurumlarının sayı 212 668 təşkil edib ki, bu da əvvəlki illəmüqayisədə 6,6 faiz çoxdur.

2026-cı ilin avqust ayında 1114 vahid kommersiya qurumudövlət qeydiyyatından keçib. Onların 85,4 faizi yerliinvestisiyalı, 14,6 faizi isə xarici investisiyalımüəssisələrdir. Kommersiya qurumlarının 79,7 faizielektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – avqust aylarında qeydiyyatdan keçmiş yerli investisiyalıməhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusiçəkisi 96,6 faiz təşkil edib.

2026-cı ilin sentyabr ayının 1-nə dövlət qeydiyyatında olankommersiya hüquqi şəxslərin 92,4 faizi məhdudməsuliyyətli cəmiyyət formasında yaradılıb.