Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
"Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunur.
Tələbə düşərgəsində “Süni intellekt və kibertəhlükəsizlik” mövzusunda görüş keçirilib