11 sentyabr 2026 11:42
87

Körfəzi ölkələri və İran Omanın vasitəçiliyi ilə Hörmüz sazişini müzakirə edəcək

Körfəzi ölkələrinin xarici işlər nazirləri və İran nümayəndələri sentyabrın 14-də Omanın Salala şəhərində görüşməyi planlaşdırırlar.

“İki sahil” xəbər verir ki, "Financial Times" qəzetinin mənbələrə istinadla verdiyi məlumata görə, əsas müzakirə mövzusu Hörmüz boğazında gəmiçiliyin müvəqqəti tənzimlənməsinə dair razılaşma olacaq.

Görüş Oman və İranın boğazda gəmiçiliyi bərpa etmək və gərginliyi azaltmaq məqsədilə saziş layihəsinə dəstək qazanmaq səyləri çərçivəsində təşkil olunur.

Omanın təşəbbüsü ilə keçirilən bu danışıqlar ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlamasından sonra Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının altı ölkəsinin xarici işlər nazirləri ilə İran diplomatiyasının ilk yüksək səviyyəli görüşü olacaq.

Mənbələrdən birinin sözlərinə görə, hələlik bütün detallar razılaşdırılmasa da, bəzi dövlətlər artıq görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.