Sabah İran xarici işlər naziri Abbas Əraqçi və regionun ərəb ölkələrinin xarici işlər nazirləri Omanın paytaxtı Maskatda görüşərək Hörmüz boğazından keçid və gəmiçilik üçün çərçivə razılaşmasına nail olacaq.
İran Prezidenti Məsud Pezeşkian bunu “India Today”-a müsahibəsində bildirib.
Məsud Pezeşkian region ölkələrini sülh və təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığa çağırıb. Hörmüz boğazı, gəmiçilik və enerji təchizatı ilə bağlı narahatlıqlar barədə suala cavabında Məsud Pezeşkian bildirib ki, İran artıq Omanla danışıqlar aparıb və gəmiçiliyin həyata keçirilməsi üçün konkret çərçivə ilə bağlı anlaşma əldə edib: “Regionun ərəb ölkələrinin xarici işlər nazirləri bazar ertəsi Omanda görüşərək Hörmüz marşrutu ilə bağlı razılığa gələcək və əldə olunan razılaşma barədə beynəlxalq dənizçilik təşkilatına məlumat verəcəklər. Bu çərçivə daxilində ABŞ hücumlarını dayandırdığı təqdirdə, marşrut beynəlxalq hüquqa uyğun olaraq açıq olacaq. İran regional təhlükəsizliyi qorumaq və iqtisadi əlaqələri genişləndirmək üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır".
Xarici İşlər Naziri Seyid Abbas Əraqçi isə deyib ki, sabahkı Oman görüşünün gündəliyi Hörmüz boğazında yeni dəniz yoludur: “Biz iştirakçı ölkələrə Omanla bağlanan müqavilənin təfərrüatlarını və yeni marşrutla bağlı xəritələri təqdim edəcəyik. Oman Sultanlığı ilə bağlanan müqavilə heç bir şəkildə Hörmüz boğazının yenidən açılması demək deyil. İranın Hörmüz boğazının yenidən açılması üçün şərti ABŞ-ın İslamabad Anlaşma Memorandumundakı öhdəliklərinə qayıtmasıdır. İran hesab edir ki, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi məsuliyyəti yalnız region ölkələrinin üzərinə düşür. Ümid edirik ki, bu danışıqlar region ölkələri üçün narahatlıq doğuran məsələlər üzrə gələcək məsləhətləşmələr üçün yol açacaq”.
Qeyd edək ki, indiyə qədər yalnız Bəhreyn Omanda keçiriləcək görüşə qatılmayacağını açıqlayıb.
Axtarış-xilasetməyə dörd hərbi gəmi olmaqla 8 gəmi və 2 helikopter cəlb edilib
Tokayev: Nüvə dövlətlərinin hakimiyyət orqanları arasında dialoqun qurulması zəruridir
Ermənistan və İran "yaşıl" gömrük dəhlizinin yaradılması barədə razılığa gəliblər