İndoneziyalı xilasedicilər Yava dənizində "Virgo Transport 8" bərəsinin qəzaya uğramasından sonra altı nəfərin cəsədini aşkarlayıblar.
“İki sahil”in "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu barədə Banjarmasin Axtarış-Xilasetmə İdarəsi məlumat yayıb. Hadisə nəticəsində 130 sərnişin və ekipaj üzvü itkin düşüb, ən azı 107 nəfər xilas edilib. Qeyd olunub ki, göyərtəsində 243 nəfərin olduğu bərə Şərqi Yava əyalətinin Surabaya şəhərindən Borneo adasındakı Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə gedirmiş. Gəmi, həmçinin 89 nəqliyyat vasitəsi daşıyırmış.
Gəminin kapitanı kömək siqnalı verməzdən əvvəl dənizdə dalğaların hündürlüyünün 3 metrə çatdığı güclü dalğalanma barədə məlumat verib və gəminin əyildiyini bildirib. Daha sonra hakimiyyət orqanlarına gəminin çevrildiyi barədə məlumat daxil olub.
Axtarış-xilasetmə əməliyyatına xilasedici qruplar, o cümlədən dörd hərbi gəmi olmaqla 8 gəmi və 2 helikopter cəlb edilib.
Tokayev: Nüvə dövlətlərinin hakimiyyət orqanları arasında dialoqun qurulması zəruridir
Ermənistan və İran "yaşıl" gömrük dəhlizinin yaradılması barədə razılığa gəliblər