Fransa Prezidenti Emmanuel Makronun prezident vəzifəsindəki fəaliyyətini ölkə vətəndaşlarının yalnız 16 faizi bəyənir.
“İki sahil” xəbər verir ki, bu barədə "La Tribune Dimanche" qəzetinin sifarişi ilə "Ipsos-BVA" tərəfindən keçirilən sorğunun nəticələri göstərir. Bununla yanaşı, Makronun yürütdüyü siyasətdən narazılıq səviyyəsi 81 faizə yüksəlib. Bu, Makronun 2017-ci ildə prezident seçilməsindən bəri keçirilən sorğularda qeydə alınan ən aşağı göstəricidir. "İctimai narazılıq pik həddə çatıb və biz Milli Assambleyanın buraxılması ilə bağlı bütün problemlərin daha da dərinləşdiyini görürük: büdcə problemləri, əhalinin alıcılıq qabiliyyətinin azalması", - deyə "Ipsos-BVA"nın baş direktor müavini Bris Tentyürye bildirib. Onun sözlərinə görə, cəmiyyətdə ölkədə hər şeyin axsamalarla işlədiyi barədə təsəvvür formalaşıb.
Baş nazir Sebastyan Lekornyunun fəaliyyətini respondentlərin 20 faizi bəyənir, 70 faiz isə ondan narazıdır. Tentyüryenin sözlərinə görə, bu, hökumət başçısının "büdcə problemlərinə qərq olması və heç nəyi dəyişmək niyyətində olmadığı təəssüratı yaratması" ilə bağlıdır.
Sorğu sentyabrın 9-10-da 18 yaşdan yuxarı 1 000 nəfər arasında keçirilib.
Axtarış-xilasetməyə dörd hərbi gəmi olmaqla 8 gəmi və 2 helikopter cəlb edilib
Tokayev: Nüvə dövlətlərinin hakimiyyət orqanları arasında dialoqun qurulması zəruridir
Ermənistan və İran "yaşıl" gömrük dəhlizinin yaradılması barədə razılığa gəliblər