Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 09:00-dan 11:00-dək Heydər Əliyev prospekti, Nəbi Xəzri, Ruhulla Axundov, Məhəmməd Əmin Rəsulzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Yasamal RETSİ-nə daxil olan Rahib Tağıyev, Vasif Əliyev, Nazim Hikmət, Məhəmməd Xiyabani, Çuxursəd küçələrinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram