Hazırda şagirdləri, tələbələri bir sıra çağırışlar gözləyir.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zərifə Əliyeva adına Liseydə 15 Sentyabr Bilik Günü ilə bağlı tədbirdə deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar: "Bu proqram vasitəsilə dünyanın ən nüfuzlu ali məktəblərinə qəbul olanların xərcləri dövlət tərəfindən ödənilir. Nüfuzlu ali məktəbdə təhsil almaq təxminən 50, 80, 100 min dollara baş gəlir".
F.Qurbanov əlavə edib ki, hazırda dünyada çox mürəkkəb dövrdür: "Hər gün sivilizasiya inkişaf etdikcə dünya iqtisadiyyatını köklü dərəcədə dəyişir. Bu gün biz dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Gələcəkdə bizi insansız texnologiyalı sistemlər gözləyir. Bu gün dünyada 600 mindən çox robotlaşdırılmış sistemlər var".
Nazir müavini əlavə edib ki, hazırda şagirdləri, tələbələri bir sıra çağırışlar gözləyir: "Şagirdlər bu gün hansı ixtisas yiyələnməli olduqlarını bilməlidirlər. Süni intellektin, texnologiyanın inkişaf etdiyi bir dövrdə qarşıdakı çağırışlara hazır olmalısınız".
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram
Abşeron və Yasamalın bir sıra ərazilərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.