16 sentyabr 2026 18:28
99

Daşnak zəhərsiz olmur...

Keçmiş revanşist deputat, tükündən yağ daman Tiqran Abramyan Azərbaycanla yeni qarşıdurmanı qızışdıran növbəti açıqlama ilə çıxış edib. Bu şəxs qanı zəhərlənmiş, beyini yuyulmuş daşnak başkəsənlərdən heç nə ilə fərqlənmir.  Tiqran ölkəsinin müharibədə məğlub olmasından da xəcalət çəkmir, pişik kimi arxasını yerə vurmaq istəmir. O, Ermənistanın rəhbərliyini Bakı ilə münasibətləri normallaşdırma siyasətini tənqid edib və keçmiş döyüşlərin gündəmdə saxlanmamasında ittiham edib. Təsadüfi deyil ki, revanşistlər parlament seçkilərində qalib gəlsələr sentyabrda Azərbaycanla müharibəyə başlayacaqlarını elan etmişdilər. Amma seçkilərdə də məğlub oldular, pis niyyətləri qursaqlarında qaldı.

Abramyan Ermənistan müdafiə nazirinin hərbi hissələrə və döyüş mövqelərinə səfərlərini şərh edərkən hakimiyyətə qarşı sərt ifadələr işlədib. Keçmiş deputat müdafiə nazirini və baş qərargah rəisini müharibədən sonra törətdikləri 2022-ci ilin sentyabr döyüşlərini unutmaqda günahlandırıb. O, həmin hadisələr zamanı ölən 224 erməni hərbçini xatırladaraq, guya bu məsələnin orduda narazılıq doğurduğunu iddia edib. Onun sözlərindən belə çıxır ki, guya müharibəni yenidən bərpa etsələr qalib gələcəkdilər. Ancaq daşnak Tiqran unudur ki, il yarım əvvəl darmadağın edilmiş Ermənistan ordusu və hərbi texnikası necə qalib gələcəkdi?

Abramyanın əsas narazılığı Ermənistanın indiki rəhbərliyinin keçmiş hərbi qarşıdurmaları Azərbaycanla münasibətlərdə yenidən ön plana çıxarmamasıdır. Özününkülərə və başqalarına kin-küdurət daşnak xislətindən doğur: “Ölənlərdən, onların xatirəsinin yad edilməsindən və bu barədə danışmaq zərurətindən söhbət düşəndə hər şey birdən-birə son dərəcə “təhlükəli” olur-“birdən azərbaycanlılar hirslənərlər”-Abramyan istehza ilə yazıb. Bu, əsl daşnak mahiyyətidir.

Revanşist siyasətçi bununla faktiki olaraq İrəvanın Bakı ilə yeni münasibətlər qurmağa çalışdığı bir vaxtda keçmiş hərbi qarşıdurmaların yenidən siyasi gündəmə qaytarılmasını tələb edir.

Abramyan Ermənistan rəhbəri Nikol Paşinyanı da hədəfə alaraq, onu ölən hərbçilərin anıldığı gündə velosiped yürüşü təşkil etməkdə, “qayğısız şəkildə gülümsəmək, yeyib-içmək və həyatdan zövq almaqda” ittiham edib. O, Ermənistan ordusunun indiki hakimiyyətə yalnız seçki kampaniyaları, hərbi paradlar və təbliğat görüntüləri üçün lazım olduğunu iddia edib.

Tiqranın açıqlaması Ermənistan müxalifətinin revanşist dəstəsinin Azərbaycanla sülh və normallaşma prosesinə münasibətini, ağıllanmadıqlarını bir daha göstərir. Revanşistlər Türkiyə ilə də məqbul münasibətləri qəbul etmirlər. Abramyan bu dəfə açıq şəkildə yeni müharibəyə çağırmasa da, onun ritorikası keçmiş döyüşləri və ölən hərbçiləri yenidən siyasi səfərbərlik vasitəsinə çevirməyə, Azərbaycanla qarşıdurma əhvalını ayaqda saxlamağa hesablanıb. Özü müharibədə olmadığı üçün onun dəhşətlərini də yaşamamış, yasa batmış ailələrin müsibətlərinə tamamilə biganə qalmışdır. Bu ağılda onun deputat olması təəccüb doğurur. Daşnaklar yarandıqları 1890-cı ildəki şüurlarında qalıblar. Burada qeyd edək ki, o vaxt Ermənistan dövləti olmadığı üçün daşnaklar terror partiyasını gizlicə Tiflisdə yaratdılar. O vaxtdan indiyə qədər dünyada gedən proseslərdən nəticə çıxarmaq istəmirlər. Belələrinə döyüş asan gəlir, boş-boş danışmaqdan usanmırlar, sadəcə olaraq inadla öz axmaq iddialarını yeritməyə cəhd edirlər.

Tiqran Abramyan özü kimi boynuyoğun hərbçi dığaların Qarabağdan arvad geyimində qaçdıqlarını nə tez unudub? Yoxsa o da Bakıya “gəlmək” istəyir? Gəlsin. Hərbi Qənimətlər Parkındakı vaxtilə Ermənistana məxsus tanlkarı, PDM-ləri, ZTR-ləri, atıcı silahları eksponat kimi görəndən sonra bəlkə ağlı başına gələr. Əgər gəlməsə onda onun kimiləri üçün də kifayət qədər yerimiz var. İlanın başı ağrıyanda “dəmir yumruğa” sürtər...

Vəli İlyasov, “İki sahil”