16 sentyabr 2026 23:44
78

Nümayəndələr Palatası da sənədi təsdiqləyərsə...

ABŞ Konqresinin Nümayəndələr Palatası bu gün Rusiya rəsmilərini, maliyyə qurumlarını, energetika və müdafiə sektorlarını hədəf alan geniş sanksiyalar paketini səsverməyə çıxaracaq.

“İki sahil” xəbər verir ki,  sənəd Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzərində bir ildən çox çalışmış Cənubi Karolinanın mərhum senatoru Lindsi Qremin adını daşıyır. Layihə Rusiyanın sanksiyalardan yayınmasına kömək edən neft tankerlərini də hədəfə alır, həmçinin Rusiya enerjisinin əsas alıcılarına qarşı 100 faizədək gömrük rüsumlarının tətbiqinə imkan verir. Qanun layihəsi daha əvvəl Senatda 86 səs lehinə, 11 səs əleyhinə olmaqla qəbul edilib. Nümayəndələr Palatası da sənədi təsdiqləyərsə, imzalanması üçün Prezident Donald Trampa göndəriləcək.

Qeyd edək ki, bu sənəd Donald Trampın Ağ Evə qayıtmasından sonra Ukraynanın dəstəklənməsinə yönəlmiş ən genişmiqyaslı qanunvericilik təşəbbüslərindən biri hesab olunur.