17 sentyabr 2026 11:38
97

Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb

 

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Arzumuzvar!” təqaüd proqramına dəstək verməyə davamedir. Proqramın məqsədi Bakı və bölgələrdən olanqızların ali təhsilə hazırlığına, şəxsi və peşəkarinkişafına, gələcək karyera seçimlərinə dəstəkolmaqdır.

Proqramın ikinci ilində daha altı iştirakçı ali məktəbəqəbul olub. Məryam Rzayeva ADİU-da statistika, Zərifə Əbdülxalıqova Qarabağ Universitetindəbiologiya, Şəbnəm Zülfiyeva BSU-da tərcüməçilik, Aynur Şıxverdiyeva ADPU-da məktəbəqədər təhsil, Zeynəb Kərimli və Nəzrin Abbasova isə Qərbi KaspiUniversitetində su bioehtiyatları və akvakulturaixtisasları üzrə təhsil alacaqlar. Binə, Buzovna, Qusarvə Ağcabədidən olan gənclərin dördü ödənişsizəsaslarla, ikisi isə Bir ekosisteminin dəstəyi ilə təhsilalacaq.

“Qızların təhsilinə sərmayə yatırmaq, əslində, gələcəyə edilən investisiyadır”, – deyə Bir ekosisteminin rəsmi nümayəndəsi Fərid Hidayətzadəgənclərlə görüşdə bildirib. “Bizim üçün “Arzumuzvar!” təkcə təhsil imkanının yaradılması deyil. Bu, qızların potensialını kəşf etməsi, müstəqil qərarlarverməsi və cəmiyyətdə öz yerini inamla tutması üçünyaradılmış güclü bir platformadır. İnanırıq ki, bugünkü imkanlar sabahın daha intellektual vəhazırlıqlı nəslini formalaşdıracaq”.

Daha sonra çıxış edən Dövlət Komitəsinin aparatrəhbəri Ceyran Rəhmətullayeva, qurumun buistiqamətdəki fəaliyyətinə diqqət çəkib: “DövlətKomitəsi olaraq tərəfdaşlarımızla birgə 2021-ci ildənetibarən “Qızların təhsilinə dəstək” layihəsini uğurlahəyata keçiririk. Əsas məqsədimiz yüksək potensialamalik qızlarımızın ali təhsilə əlçatanlığını təminetməkdir. Bu gün həmin layihənin önəmli qolu olan - Bir ekosistemlə birgə həyata keçirdiyimiz “Arzumuzvar” proqramı çərçivəsində tələbə adı qazanan bütünqızlarımızı təbrik edir, onlara təhsil həyatlarındadavamlı uğurlar arzulayıram”.

“Arzumuz var!” proqramının dəstəyi qızlarınuniversitetə qəbul olunması ilə yekunlaşmır. Təqaüdçülər il ərzində mentorluq dəstəyi alır, stresinidarə olunması, ictimai nitq və vaxtın idarə edilməsikimi mövzularda təlimlərə qatılırlar. Rəqəmsalbacarıqlarını inkişaf etdirmələri üçün zəruri texnikiimkanlarla təmin olunan iştirakçılar real iş mühiti ilədə tanış olmaq imkanı əldə edirlər. Növbətimərhələdə dəstək tədbirlərinin qızların şəxsi vəpeşəkar inkişafına yönəldilməsi nəzərdə tutulur. Onların yeni bacarıqlar qazanması, təcrübəproqramlarında iştirak etməsi və gələcək peşəseçimlərini maraq və bacarıqlarına uyğun dahainamla formalaşdırması üçün imkanlar yaradılacaq.

Hazırda proqramın İsmayıllı, Qax, Lənkəran, Qusarvə Xocalıdan olan daha yeddi iştirakçısı növbəti ilinqəbul imtahanlarına hazırlaşır. Ötən il tələbə adınıqazanan beş gənc isə artıq universitetdə ikinci təhsililinə başlayıb və Bir ekosistemi onların təhsil vəinkişaf yolunda dəstəyini davam etdirir.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur. 

Daha ətraflı: bir.az