Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Qazaxıstana rəsmi səfəri çərçivəsində “Global Finance Association QRAFT”-ın təşkil etdiyi “4-cü Avrasiya Konqresi - 2026” tədbirində iştirak edib.
30-dan çox ölkənin sığorta mütəxəssislərinin, risk menecerlərinin və aktuarların iştirak etdiyi tədbirdə müasir maliyyə sisteminin dizaynı, IFRS 17 və “Solvency II” standartlarının üstünlükləri, aktuari sahəsində yeni çağırışlar, sığorta xidmətlərində rəqəmsallaşma və iqlim risklərinin idarə olunmasında sığortanın rolu kimi aktual sektoral mövzular çərçivəsində panel müzakirələri təşkil olunub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli panel müzakirələrdə çıxış edərək yerli sığorta bazarının mövcud vəziyyəti, hədəfləri və inkişaf perspektivləri, o cümlədən, həyata keçirilən islahatlar və əldə olunmuş nəticələr barədə məlumat verib. İcraçı direktor çıxışında həmçinin beynəlxalq əlaqələrin yerli bazarımız üçün inkişafyönümlü əhəmiyyətinə də xüsusilə toxunaraq Türk Dünyası Sığorta Birliyi çərçivəsində görülmüş işlərdən də ətraflı danışıb.
Mikayıl Cabbarov: “Zəylik” alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək
"Azerbaijan International Mining Company Limited" şirkətinin hasilatı 7 dəfə artıb