19 sentyabr 2026 13:46
85

28 yaşlı kişini elektrik cərəyanı vurub

Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Həsənriz kəndində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Mütəllimov Raqif Allahyar oğlu Həsənriz kəndində elektirik xətti çəkərkən cərəyanın vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.