20 sentyabr 2026 23:48
84

Nigeriyada silahlı şəxslərin törətdiyi hücumlar nəticəsində azı 9 nəfər öldürülüb

Nigeriyanın mərkəzi hissəsində yerləşən Plato ştatında naməlum silahlı şəxslərin törətdiyi hücumlar nəticəsində azı 9 nəfər öldürülüb.

“İki sahil”in məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mətbuata istinadən xəbər verib. Silahlı şəxslər Barkin-Ladi rayonunda avtobusa hücum edərək 5 nəfəri öldürüblər. Daha 4 nəfər isə bazar günü səhər kilsəyə getdikləri vaxt qətlə yetirilib. Hücumlar Riyom rayonunda və qonşu icmalarda da baş verib. Yeni hücumların ola biləcəyindən ehtiyat edən bəzi sakinlər evlərini tərk ediblər.

Hazırda heç bir silahlı qruplaşma hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib.