İran təzyiqlərə, çətinliklərə baxmayaraq, var-gücü ilə müqavimət göstərir və ölkəni, vətəndaşları və inanclarını müdafiə edəcək.
“İki sahil” xəbər verir ki, İran Prezidentinin informasiya portalında dərc olunan məlumata görə, bunu İran Prezidenti Məsud Pezeşkian bu gün (22 sentyabr) BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etməzdən öncə Tehranda deyib. “İran son müddət ərzində çətinliklərlə qarşılaşmasına baxmayaraq, başıucalıqla bu şəraitdən keçib və bu, fəxrlə elan olunası nüansdır. Beynəlxalq dairələrdə İranın mövqeyi tam şəkildə müdafiə olunacaq. Sülh və rifahı olan təhlükəsiz dünya istənilirsə, bütün insanlara və xalqlara hörmətlə yanaşmaq lazımdır. Gücə arxalanmaqla xalqları təmkinli olmağa məcbur etmək olmaz. İran dəfələrlə müzakirələrdə iştirak edib və anlaşmaları da imzalayıb. Lakin götürülən öhdəliklərə baxmayaraq, anlaşmalar çox asanlıqla pozulub və bu bütün dünyanın gözü qarşısında baş verib”, -deyə o bildirib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian bu gün BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak və çıxış etmək məqsədilə Nyu-Yorka səfər edib. İran prezidentinin səfər çərçivəsində bəzi ölkələrin rəhblərləri ilə görüşərək danışıqlar aparacağı bildirilir.
Böyük Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılışını həyata keçirib