Qış gəlməmiş Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq lazımdır.
“İki sahil” Ukrayna mediasına istinadla xəbər verir ki, bunu həmin ölkənin Prezidenti Volodimir Zelenski Nyu-Yorkda ABŞ lideri Donald Trampla görüşündən əvvəl jurnalistlərə bildirib.
"Ümid edirəm ki, biz bu müharibəyə son qoya biləcəyik. Bu işdə Prezident Tramp bizə kömək edəcək və düşünürəm ki, bunu ən qısa zamanda – qış gəlməmişdən əvvəl etmək lazımdır", - Zelenski deyib.
G7 XİN rəhbərləri Yəməndəki vəziyyəti enerji təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar
ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq