ABŞ Prezidenti Donald Tramp Dövlət katibi Marko Rubionun milli təhlükəsizlik müşaviri vəzifəsinə rəsmi təyin edilməsi barədə sənəd imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə “News Nation” Ağ Ev rəsmisinə istinadla məlumat verib.
Bununla da indiyədək milli təhlükəsizlik müşaviri vəzifəsini müvəqqəti icra edən Marko Rubionun statusu rəsmiləşdirilib. O, Dövlət katibi vəzifəsini də davam etdirəcək.
Qeyd edək ki, Rubio 2025-ci ilin mayında Mayk Uoltsun vəzifədən ayrılmasından sonra milli təhlükəsizlik müşaviri səlahiyyətlərini müvəqqəti icra etməyə başlamışdı.
G7 XİN rəhbərləri Yəməndəki vəziyyəti enerji təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar
ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq