23 sentyabr 2026 15:17
102

Xalq yazıçısı, akademik Kamal Abdullanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) MərkəziElmi Kitabxanasının (MEK) tərtibatında ADU-nun rektoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik, Xalqyazıçısı Kamal Abdullanın həyat və fəaliyyətini əhatə edənbiblioqrafik göstərici nəşr olunub.

Alimin 75 illik yubileyinə həsr edilən nəşr AMEA RəyasətHeyətinin müvafiq qərarına əsasən "Elm" nəşriyyatında çap edilib.

Nəşrdə Kamal Abdullanın elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri, elmi və bədii əsərləri, tərcümələri, rəhbərlik etdiyilayihələr haqqında yazılar və digər çoxsaylı fəaliyyət sahələrisistemli şəkildə toplanmışdır.

Kitabın ilk səhifələrində Ulu öndər Heydər Əliyevin 9 dekabr, 1999-cu ildə Azərbaycan alimlərinə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin K.M.Abdullayevin “Şöhrət” və“Şərəf” ordenləri ilə təltif edilməsi haqqında Sərəncamları yer alıb. Bu sənədlər görkəmli alim Kamal Abdullanın elmi-pedaqoji və ictimai fəaliyyətinə verilən yüksək dövlətqiymətinin bariz nümunəsidir.

Nəşrdə Kamal Abdullanın həyat və yaradıcılığının müxtəlifmərhələlərini əks etdirən məqalə və resenziyalar, müsahibələr, elmi-pedaqoji fəaliyyəti ilə bağlı materiallar öz əksini tapıb.

Kitabda həmçinin görkəmli italyan yazıçısı, filosofu və alimi Umberto Ekonun, Xalq yazıçısı, Azərbaycan YazıçılarBirliyinin sədri Anarın, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayevin, görkəmli şərqşünas, mədəniyyətşünas, Florensiya Universitetinin professoru Franka Kardininin, Azərbaycanda Atatürk Mərkəzinindirektoru, akademik Nizami Cəfərovun, görkəmli Türk şairi Oljas Süleymenov və digər tanınmış ziyalıların, elm xadimlərinin akademik Kamal Abdulla haqqında düşüncələri yer alıb.

Biblioqrafik göstəricidə alimin Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, folklorşünaslıq və türkologiya sahələrindəapardığı araşdırmalar, eləcə də ali təhsil sahəsindəki fəaliyyətihaqqında geniş məlumat verilir. Onun uzun illər ərzindəmüxtəlif elmi və ictimai layihələrdə iştirakı, beynəlxalqəməkdaşlığa verdiyi töhfələr və Azərbaycan elminin dünyadatanıdılması istiqamətində gördüyü işlər də nəşrdə sistemli şəkildə təqdim olunur.

Nəşrin ayrı-ayrı bölmələrində Kamal Abdullanın müəllifiolduğu kitabların, elmi məqalələrin, bədii əsərlərin, tərcümələrin və müxtəlif illərdə rəhbərlik etdiyi layihələrinbiblioqrafik təsviri yer alıb. Bu baxımdan göstərici aliminçoxşaxəli yaradıcılıq və elmi fəaliyyətinin bütöv mənzərəsinitəqdim edən mühüm mənbə kimi diqqət çəkir.

Biblioqrafik göstərici Kamal Abdullanın 75 illik yubileyimünasibətilə onun zəngin elmi və ədəbi irsininsistemləşdirilməsi, gələcək tədqiqatçılar üçün etibarlı mənbəbazasının yaradılması baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, biblioqrafiyanın əsas hissəsi ənənəvibölgülərdən fərqli bir strukturda qurulmuşdur. Burada hər ilinaltında ayrıca bölmələr təqdim olunur - “Elmi kitabmonoqrafiya”, “Məqalə, tezis, esse, ön söz, rəy, elmisöhbətlər”, “Bədii nəşrlər”, “Müsahibələr”, “Elmiredaktorluq”, “Haqqında yazılanlar”, “Mükafatlar və təltiflər”.

Nəşrin elmi redaktorları MEK-in direktoru, texnika elmləridoktoru Hüseyn Hüseynov, filologiya elmləri doktoru, dosentAygül Hacıyevadır. Redaktorlar Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmibiblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirovadır.

Nəşrin tərtibçisi isə baş biblioqraf Rəna Cavadovadır.