24 sentyabr 2026 13:24
129

Münaqişə Hind okeanına qədər genişlənə bilər

Amerikanın hücumu bərpa olunacağı təqdirdə, İran və ABŞ arasındakı münaqişənin döyüş bölgəsi Hind okeanına qədər genişlənə bilər.

“İki sahil” "Fars" agentliyinə istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının ali liderinin müşaviri Rəhim Səfəvi bildirib.

"İndi müharibə Fars körfəzi və Hörmüz boğazından Qırmızı dənizə qədər yayıldığı bir vaxtda, mümkün müharibənin növbəti mərhələsində bizim cavabımız bu cəbhəni daha da genişləndirə bilər – hətta Hind okeanına və digər regionlara qədər", – deyə, o, qeyd edib.