24 sentyabr 2026 13:42
109

Respublikaçılar seçkiöncəsi reklamlara çəkilən xərclərə görə demokratları qabaqlayıblar

Respublikaçılar qanunverici orqana nəzarəti qoruyub saxlamaq məqsədilə noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərlə əlaqədar reklamlara demokratlardan təxminən 300 milyon dollar çox xərcləyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti "AdImpact" analitik şirkətinə istinadla məlumat yayıb.

Nəşrdə qeyd olunur ki, "ABŞ prezidenti Donald Trampın populyarlığının düşməsi onun partiyasını seçkilərdə ciddi itkilərlə hədələdiyi" bir şəraitdə, respublikaçılar efiri sözün əsl mənasında dolduraraq reklam xərclərinə görə demokratları üstələyiblər.

Ekspertlərin təhlilinə görə, Respublikaçılar Partiyasının siyasi komitələri sentyabrın 1-dən seçki gününə qədər olan dövr üçün təxminən 1 milyard dollar məbləğində reklam vaxtı və sahəsi sifariş ediblər, demokratlar isə buna təxminən 730 milyon dollar xərcləyiblər. Bu rəqəmlərə Nümayəndələr Palatası və Senata namizədlərin seçki qərargahlarının, eləcə də Siyasi Fəaliyyət Komitələrinin (PAC) vəsaitləri daxildir və televiziya, radio, strinq xidmətləri ilə internetdəki reklamları əhatə edir.

"Cook Political Report" müstəqil təşkilatının Senat seçkiləri üzrə analitiki Cessika Teylorun sözlərinə görə, qarşıdakı aralıq seçkilər "pul və siyasi mesaj" qarşıdurmasına çevrilir. O, əsas məsələnin rüsumların tətbiqi və İnanla müharibənin qiymətləri sürətlə qaldırmağa davam etdiyi pisləşən şəraitdə reklam xərcləri tufanının respublikaçıları xilas edə bilib-bilməyəcəyi olduğunu bildirir.