25 sentyabr 2026 14:11
101

Azərbaycan və Albaniya arasında idman əməkdaşlığı müzakirə olunub

Sentyabrın 25-də gənclər və idman naziri Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulayla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Albaniya arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.