27 sentyabr 2026 21:18
99

Anım Günü münasibətilə "Birliyin Gücü – 2026"nın iştirakçıları üçün mədəni-kütləvi tədbirlər keçirilib

27 Sentyabr - Anım Günü münasibətilə "Birliyin Gücü – 2026" birgə hərbi təlimində iştirak edən ölkələrin hərbi qulluqçuları üçün mədəni-kütləvi tədbirlər keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirlər çərçivəsində qonaqlar üçün Qarabağ iqtisadi rayonu və Naxçıvan şəhərində ekskursiyalar təşkil olunub. Türkiyə və Özbəkistandan olan hərbi qulluqçulara xalqımızın Vətən müharibəsində qazandığı şanlı Zəfər, igid övladlarımızın göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri barədə məlumat verilib.

Ölkəmizin gəzməli-görməli yerlərində olan, həmçinin tarixi-diyarşünaslıq muzey və abidələrini ziyarət edən qonaqlar xalqımızın zəngin keçmişi və milli-mədəni dəyərləri ilə yaxından tanış olublar.