27 sentyabr 2026 17:21
79

"44"ün növbəti tizeri yayımlanıb

Vətən müharibəsindən bəhs edən "44" bədii filminin növbəti tizeri yayımlanıb.

“İki sahil” xəbər verir ki, tizeri Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Instagram" səhifəsində paylaşıb. O, tizerin "Ares - müharibə tanrısı" adı daşıdığını vurğulayıb. Qeyd edək ki, bədii filmin premyerası oktyabrın 1-də baş tutacaq.