28 sentyabr 2026 15:04
106

Polşa Hərbi Hava Qüvvələrinə Rusiyadan uçan obyektləri vurmağa icazə veriləcək

Polşanın Milli Müdafiə Nazirliyi respublikanın hava məkanında guya Rusiyadan uçan obyektləri vizual identifikasiya aparmadan, yalnız radarların məlumatları əsasında vurmağa polşalı hərbi pilotsuz uçuş aparatlarına və aviasiyaya icazə verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun rəhbər müavini Cezari Tomçik TVP Info telekanalına bildirib.

"Milli Müdafiə Nazirliyi bizə tərəf Rusiyadan yaxınlaşan obyektlərə qarşı atəş açılması prosedurlarını dəyişdirəcək və sülh dövrü üçün standart olan vizual identifikasiyanı – "pozitiv identifikasiya" ilə əvəz edəcək", – deyə o, bildirib.

Tomçik dəqiqləşdirib ki, söhbət radarların məlumatları əsasında qərarların qəbul edilməsindən gedir. "İndiyə qədər biz belə imkanlardan istifadə etməmişik, çünki onlar adətən yalnız müharibə və ya hərbi vəziyyətin elan edilməsi halları üçün nəzərdə tutulub", – deyə o, qeyd edib.

Daha əvvəl Tomçik bəyan etmişdi ki, Polşa hərbçiləri ölkənin hava məkanını pozan bütün obyektləri vurmaq hüququna malikdirlər.