Avropa İttifaqı Budapeştin mövqeyinin dəyişməsindən sonra əvvəllər blokdan çıxarılmış Sülh Fondundan Polşaya 269 milyon avro ödəyəcək.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbər müavini Pavel Zalevski Brüsseldə Aİ-nin müdafiə nazirlərinin görüşü öncəsi jurnalistlərə məlumat verib.
"Bu gün biz Polşaya brutto 269 milyon avronun ayrılması barədə razılığa gəldik", – deyə Zalevski jurnalistlərin sualını cavablandırarkən bildirib.
Jurnalistlər bu məbləğin Varşavanın əvvəllər iddia etdiyi 500 milyon avrodan az olduğunu qeyd ediblər. Zalevski həmçinin məlumat verib ki, Polşa 2022-ci ildən bəri Kiyevə ötürülən silahlara görə ümumilikdə 1 milyard 50 milyon avro kompensasiya alacaq.
II Qareginin qardaşını və qardaşı oğlunu azad edən hakimə qarşı icraat başladılıb
Kallas: Aİ-nin müdafiə nazirləri Ukraynaya "Patriot" raketlərinin verilməsi ilə bağlı razılığa gəlməyiblər
Polşa Hərbi Hava Qüvvələrinə Rusiyadan uçan obyektləri vurmağa icazə veriləcək
Avropa Komissiyası Aİ-nin diplomatik xidməti üzərində nəzarət uğrunda mübarizə aparır