29 sentyabr 2026 14:43
81

Rütte NATO-nu müdafiə xərclərini artırmağa çağırıb

NATO-nun baş katibi Mark Rütte Avropadakı hərbi müəssisələrdə baş verən fövqəladə hallar fonunda alyans ölkələrini təmkinli olmağa və Litvanın nümunəsini izləyərək müdafiə ayırmalarını artırmağa çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Təmkinli olun və müdafiəyə daha çox investisiya yatırmağa davam edin, Litvanın etdiyi kimi.", – deyə Rütte NATO-nun mənzil-qərargahında Litvanın baş naziri Mindaugas Sinkevičius ilə keçirdiyi mətbuat konfransında bildirib.

Beləliklə, NATO-nun baş katibi avropalı siyasətçilərin müdafiə müəssisələrindəki Fövqəladə Hallar halları ilə bağlı narahatlıqlarına cavab verib.

Son aylarda Avropanın bir sıra hərbi müəssisələrində, xüsusilə Bolqarıstan, Slovakiya, İtaliya və Polşada partlayışlar və ya yanğınlar baş verib.