27 sentyabr 2026 21:00
83

Auditorlar Palatasının kollektivi Zəfər parkını ziyarət edib

 

 

Sentyabrın 27-də – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib.

Azərbaycan xalqının qəhrəmanlıq və mübarizə salnaməsinin rəmzlərindən olan Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.